Qasım Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayış baş verib, ölənlər var

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn olunduğu məzarın yaxınlığında baş verən iki partlayışda partlayışda 103 nəfər həlak olub. (YENİLƏNİB)

2083792
Qasım Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayış baş verib, ölənlər var

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn olunduğu məzarın yaxınlığında baş verən partlayışda103 nəfər həlak olub. 141 nəfər yaralanıb.

İran dövlət televiziyasının xəbərinə görə, İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kirman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.

Təxminən 10 dəqiqə ara ilə baş verən iki partlayışda ilkin məlumatlara görə aralarında 6 uşağın da olduğu 103 nəfər həlak olub, 141 nəfər yaralanıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu və ölənlərin sayının arta biləcəyi bildirilib.

İran Dövlət Televiziyası partlayışların terror aktı olduğunu açıqlayıb.

3 yanvar 2020-ci ildə ABŞ-ın Bağdadda törətdiyi hücumda həlak olan Süleymaninin öldürülməsinin 4-cü ildönümü münasibətilə anım tədbirləri təşkil edilir.



Әlaqәli Xәbәrlәr