Məhəmməd Rza Aştiyani: ''Saleh əl-Arurinin öldürməsi regional tarazlığı pozdu''

İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiyani İsrailin ''Həmas'' liderlərindən Saleh əl-Arurini öldürməsinin regional tarazlığı pozduğunu və bunun nəticəsinin Amerika Birləşmiş Ştatlarına (ABŞ) təsir edəcəyini bildirib.

2083781

İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı məlumata görə, paytaxt Tehranda jurnalistlərə açıqlama verən müdafiə naziri Aştiyani İsrailin dünən gecə radələrində Livanda həyata keçirdiyi və Arurinin həyatını itirdiyi hücumu qiymətləndirib.
ABŞ-ın düşmənçiliyinin davam etdiyini deyən Aştiyani bu hücumun ABŞ-ın ziyanına olduğunu bildirib.
ABŞ-ın regional tarazlığı pozduğunu ifadə edən Aştiyani deyib: “Bölgənin tarazlığını pozmağın nəticələri mütləq özlərinə qayıdacaq. “ABŞ-ın yürütdüyü siyasətə qarşı güclü reaksiya var və bu, davam edəcək''.
Bu cür strateji səhvlərin regionu gərginləşdirdiyini vurğulayan nazir Aştiyani bildirib ki, bunun nəticəsi ABŞ-a təsir edəcək.
''Həmas''ın siyasi büro rəhbərinin müavini Salih əl-Aruri və onunla birlikdə olan 6 nəfər dünən  İsrailin pilotsuz uçuş aparatı ilə Livanın paytaxtı Beyruta təşkil etdiyi hücum nəticəsində həlak olub.

Әlaqәli Xәbәrlәr