Suriyada ABŞ bazasına hücum olub

Suriyanın şimal-şərqindəki Haseke vilayətində ABŞ qüvvələrinin yerləşdiyi Şəddadi bazasına mənşəyi məlum olmayan pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edilib.

2082858

Yerli mənbələrdən əldə edilən məlumata görə, Hasekenin cənubunda ABŞ əsgərlərinin yerləşdiyi Şəddadi bazasına mənşəyi məlum olmayan və içərisində partlayıcı maddə olan PUA-larla hücum təşkil edilib.

Hücumda hər hansı itki olub-olmadığı məlum deyil. ABŞ hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Suriyada son günlər Tenef bölgəsində, İraq sərhədinə yaxın Malikiyye rayonunda, Haseke vilayətinin Şəddadi rayonunda və Deyr əz-Zor əyalətində ABŞ ordusunun yerləşdirildiyi bazalara naməlum PUA-lardan və silahlı pilotsuz uçuş aparatlarından (SİHA) istifadə etməklə hücumlar həyata keçirilib.

Әlaqәli Xәbәrlәr