“ABŞ ölkələrə necə demokratiya gətirir?” S.Lavrov

Rusiyanın paytaxtı Moskvada səfərdə olan Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankarla görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında A.Lavrov deyib ...

2081533
“ABŞ ölkələrə necə demokratiya gətirir?” S.Lavrov

 

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın illərdir Fələstin dövlətinin qurulmasına mane olduğunu söylədi.

  Rusiyanın paytaxtı Moskvada səfərdə olan Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankarla görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında A.Lavrov deyib: “Qərb Ukraynada müharibəni dondurmağı planlaşdırır və Ukraynanı “qalib ölkə” kimi qələmə verir. Biz Qərbin, xüsusən də ABŞ-ın qələbəni dırnaqarası necə elanetmə qabiliyyətini bilirik. Onlar guya Vyetnamda, Əfqanıstanda və İraqda da zəfər çalıblar. 2003-cü ildə ABŞ İraqa daxil oldu və bir ay sonra demokratiyanın qalib gəldiyini elan etdi. 20 il keçdi. Amma İraqda vəziyyət necədir? Liviya və NATO ölkələri hələ də İraq üçün narahatdır. ABŞ İraqa necə demokratiya gətirdi ki, dövlətini dağıtdı?

  Yaxın Şərqin Qəzza zolağında da rəsmi Vaşinqton Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri əsasında Fələstin dövlətinin qurulmasına mane olur. ABŞ-ın sahillərindən uzaqda öz maraqları üçün istifadə etdiyi heç bir ölkədə əmin-amanlıq və irəliləyiş yoxdur”.

  Ukrayna hökuməti ilə ordusu arasında söz-söhbətlərə dair suala isə Rusiyanın xarici işlər naziri belə cavab verib: "Bu, müstəqilliyini itirən, kənardan idarə olunan bir ölkənin daxili məsələsidir. Ona görə nə edəcəklərini hakimiyyətdə olanlar düşünsün".

  Mətbuat konfransında Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar da öz növbəsində çıxış edərək Rusiya ilə hərbi texnologiya, o cümlədən birgə silah istehsalı sahəsində əməkdaşlıqdan danışıb, Koodankulam Atom Elektrik Stansiyası layihəsi ilə bağlı bəzi müqavilələr imzalandığını söyləyib.



Әlaqәli Xәbәrlәr