“Ukraynanın "Sülh formulu" - "Rusiyasız sülh formulu”dur, amma...” D.Peskov

Rusiya Prezident Aparatı Mətbuat Xidmətinin katibi Dmitri Peskov Rusiya ilə Ukrayna arasında paytaxt Moskvada aparılan danışıqlarla bağlı açıqlamalar verib ...

2079039
“Ukraynanın "Sülh formulu" - "Rusiyasız sülh formulu”dur, amma...” D.Peskov

 

  Rusiya İngiltərəyə görə Ukrayna ilə danışıqlarda irəliləyiş olmadığını bildirib.

  Rusiya Prezident Aparatı Mətbuat Xidmətinin katibi Dmitri Peskov Rusiya ilə Ukrayna arasında paytaxt Moskvada aparılan danışıqlarla bağlı açıqlamalar verib.

  Ukrayna prezidenti Volodimir Zelenskinin “Rusiya ilə danışıqlar cari məsələ deyil” sözlərinə münasibət bildirən D.Peskov deyib: "Biz hesab edirik ki, Ukrayna ilə danışıqlar cari məsələ deyil. Ukrayna Böyük Britaniyanın təkidi ilə 2022-ci ilin mart ayında danışıqlar masasından çıxdıqdan sonra heç bir əsas qalmadı. Bundan sonra heç bir danışıq da aparılmadı.

  V.Zelenski keçən il Rusiya prezidenti Vladimir Putinlə müharibə ilə bağlı danışıqların mümkünsüz olduğunu bildirən fərman imzalayıb.

  Ukraynanın "Sülh formulu" "Rusiyasız sülh formulu”dur. Bu, heç bir nəticə potensialı olmayan absurd bir prosesdir”.

  Qeyd edək ki, 19 dekabrda keçirdiyi illik mətbuat konfransında Zelenski Rusiya ilə danışıqların aktual məsələ olmadığını bildirib və "Rusiyanın davranışlarında yalnız təkəbbür və qətl görürəm" deyib.

  Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı. V.Putin bunu rəsmi Kiyevin NATO-ya daxil olmasının qarşısını almaq və onu Rusiyanın təsir dairəsində saxlamaq üçün ölkəni demilitarizasiya etmək və faşistlərdən təmizləmək niyyətilə etdiyini əsas gətirir.



Әlaqәli Xәbәrlәr