İraqda seçkini hansı partiyalar qazandı?

İraq Mərkəzi Seçki Komissiyasının açıqladığı qeyri-rəsmi nəticələrə görə ...

2078878
İraqda seçkini hansı partiyalar qazandı?

 

  İraqda yerli seçkinin yarışını İran tərəfdarı qruplar qabaqlayıb.

  Mərkəzi Seçki Komissiyasının açıqladığı qeyri-rəsmi nəticələrə görə, İranın dəstəklədiyi üç əsas seçki siyahısı, xüsusilə İraqın cənub şəhərlərindəki qeyri-yekun nəticələrdə ən çox səs toplayıb. Bu şiə seçki siyahıları arasında Haşdi Şabinin siyasi uzantılarılarının yer aldığı və Hadi Əmirinin rəhbərlik etdiyi Nebni İttifaqı koalisiyası ilə keçmiş baş nazirlərdən olan Nuri Malikinin başçılığı ilə Hüquq Dövləti koalisiyası var. Keçmiş baş nazir Heydər Abadi ilə şiə dini və siyasi lideri Əmmar Həkimin rəhbərlik etdiyi Milli Qüvvələr Birliyi Koalisiyası da bir sıra cənub şəhərlərində Əmiri və Maliki koalisiyalarından sonra üçüncü olub.

  Diyala şəhərində Hadi Əmirinin sədri olduğu Bədr Hərəkatına yaxın vali Musenna Tamimi əyalət məclisində birinci olub.

  Paytaxt Bağdadda keçmiş parlament sədri Məhəmməd Halbusinin Təkaddum Partiyası birinci, Nebni İttifaqı ikinci, Malikinin rəhbərlik etdiyi Hüquq Dövləti koalisiyası üçüncü olub. Ənbar vilayətində isə Halbusinin partiyası birinci çıxıb.  

  Neftlə zəngin Bəsrədə vali Əsəd İdaninin başçılıq etdiyi seçki siyahısı 250-dən çox səslə ən yüksək göstəriciyə nail olub. Vasit əyalətində şəhər valisi Məhəmməd Meyyahinin yaratdığı siyahı birinci çıxıb. Bu iki şəhərdə Amiri və Malikinin seçki siyahıları ikinci və üçüncü yerləri qazanıb.

  İraqın bütün millətlərinin yaşadığı Kərkükdə ən çox səs Kürdüstan Vətənpərvərlər Birliyinə verilib. Şəhər valisi Hakan Cuburinin rəhbərlik etdiyi koalisiya ikinci, türkmən partiyaları üçüncü, Kürdüstan Demokrat Partiyası isə dördüncü olub.

 



Әlaqәli Xәbәrlәr