İran 32 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etdi ...

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə ...

2076247
İran 32 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etdi ...

 

  İran turizmi canlandırmaq məqsədi ilə 32 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etmək qərarına gəldi.

  İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərqami paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclasından sonra məsələ ilə bağlı açıqlama verib.

  İ.Zerqami nazirliyin turizmi canlandırmaq üçün bəzi ölkələrlə vizaların birtərəfli qaydada ləğv edilməsi ilə bağlı hökumətə təkliflə çıxış etdiyini bildirərək deyib: “Turizm Nazirliyinin müəyyən edilmiş prioritetlərə uyğun olaraq 32 ölkəyə vizaların birtərəfli qaydada ləğv edilməsi təklifi Nazirlər Şurasında təsdiqlənib. Hökumət təklifi qəbul etdi və ölkənin qapılarını dünyaya açmağa qərar verdi. Bu, hökumətin verdiyi çox cəsarətli və tədbirli bir qərardır. Nazirlik olaraq bizim işimiz dünya insanları ilə danışmaqdır. Bu birtərəfli vizanın ləğvi əslində dünya xalqları ilə söhbət etmək deməkdir”.

  İranlı nazir 32 ölkənin adlarını açıqlamayıb.

  Qeyd edək ki, rəsmi Tehran 2019-cu ilin iyun ayında çinli turistlərə birtərəfli qaydada viza azadlığı vermişdi.



Әlaqәli Xәbәrlәr