“ABŞ Qəzzada həllin deyil, soyqırımın bir hissəsidir”, N.Kənani

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında deyib ...

2075252
“ABŞ Qəzzada həllin deyil, soyqırımın bir hissəsidir”, N.Kənani

 

  İran bəyan edib ki, Amerika Birləşmiş Ştatları Qəzzada həllin deyil, soyqırımın davam etdirilməsinin bir hissəsidir.

  İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında İsrailin hücumlarında minlərlə adamın həyatını itirdiyi Qəzzada atəşkəslə bağlı diplomatik danışıqların davam etdiyini və bu məsələnin ölkəsinin birinci prioriteti olduğunu bildirib.

  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşə Qəzzada atəşkəs əldə etmək üçün göstərdiyi səylərə görə təşəkkür edən N.Kənani BMT Təhlükəsizlik Şurasının Qəzzada təcili atəşkəs tələb edən qətnamə layihəsinə humanitar səbəblərə görə veto qoyulmasından təəssüfləndiklərini söyləyib: “ABŞ-ın atəşkəs tələb edən qanun layihəsinə veto qoyması Qəzza müharibəsinin həllinin bir hissəsi deyil, Qəzza xalqına qarşı soyqırımın davam etdirilməsinin bir hissəsidir.

  Atəşkəs üçün təklif edilən layihə BMT TŞ tərəfindən təsdiqlənə bilmədiyi üçün təşkilatın baş assambleyası dekabrın 12-də yeni qərarı dəyərləndirmək üçün toplanacaq.

  Ümid edirik ki, bu səylər Qəzza müharibəsində atəşkəsi təmin edəcək".



Әlaqәli Xәbәrlәr