Güclü fırtına və nəhəng dalğalar gəmini batırdı

Yunanıstan Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada bildirilir ...

2068937
Güclü fırtına və nəhəng dalğalar gəmini batırdı

 

  Yunanıstanın Lesbos adası sahillərində içərisində 14 nəfərin olduğu "Raptor" yük gəmisi batıb.

  Yunanıstan Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada Misirdən İstanbula duz daşıyan gəminin Midilli adası sahillərində batdığı və gəmidən yalnız bir dənizçinin xilas edildiyi bildirilib.

  Adanın təxminən 4,5 dəniz mili cənub-qərbində baş verən hadisədə axtarış-xilasetmə işləri davam edir.

  Gəmi heyətində 2 suriyalı, 4 hindistanlı və 8 misirli olub.

  Səlahiyyətlilər gəminin güclü fırtına və nəhəng dalğalar səbəbiylə su götürdüyünü və batdığını bildirib.



Әlaqәli Xәbәrlәr