Zaxarova: "Ermənistan öz səhvlərinə görə günahı başqalarının üzərinə qoymaq üçün cəhd edir"

Zaxarova bildirib ki, indi İrəvan hakimiyyətinin Ermənistanın KTMT-dən çıxması ilə bağlı müzakirələri öz səhv qərarlarına görə məsuliyyəti başqasına ötürmək cəhdidir.

2067957
Zaxarova: "Ermənistan öz səhvlərinə görə günahı başqalarının üzərinə qoymaq üçün cəhd edir"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, indi İrəvan hakimiyyətinin Ermənistanın KTMT-dən çıxması ilə bağlı müzakirələri öz səhv qərarlarına görə məsuliyyəti başqasına ötürmək cəhdidir.

“Məncə, Ermənistanın Rusiyadan tələblərinə cavab ala bilmədiyi üçün alternativlər axtarmalı olması barədəki söhbət öz məsuliyyətindən yayınmaq və öz səhvlərinə görə günahı başqalarının üzərinə qoymaq cəhdindən başqa bir şey deyil”, - Zaxarova deyib.

Sözçü həmçinin deyib: “Mən İrəvan administrasiyasının Ermənistanın xarici siyasət xəttinin şaxələndirilməsi ilə bağlı bəyanatlarını oxun yerdəyişməsindən başqa heç nə ilə izah edə bilmərəm. Biz təkcə bu məsələ ilə bağlı izahat eşitmək deyil, həm də hadisələrin praktikada necə formalaşacağını görmək istərdik".

Zaxarovanın sözlərinə görə, erməni administratorları bu bəyanatlarla “əsl niyyətlərini gizlətməyə” çalışırlar. Onların məqsədi ölkənin xarici siyasətini kökündən dəyişməkdir. Zaxarovanın sözlərinə görə, İrəvan bu siyasəti Qərbin göstərişi ilə seçib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak etməyəcəyini açıqlayıb. Həmçinin Paşinyan Amerika mətbuatına müsahibəsində bildirib ki, Qarabağ hadisələri İrəvanı təhlükəsizlik sahəsində münasibətlərini şaxələndirməyə məcbur edib.



Әlaqәli Xәbәrlәr