İranda üç nəfər edam edilib

İranın Sistan-Bəlucistan əyalətində rejim müxalifi “Ceyşul Ədl”ə mənsub olduqları iddia edilən 3 nəfər “terror aktları” törətdikləri üçün edam edilib.

2063717
İranda üç nəfər edam edilib

İranın Sistan-Bəlucistan əyalətində rejim müxalifi “Ceyşul Ədl”ə mənsub olduqları iddia edilən 3 nəfər “terror aktları” törətdikləri üçün edam edilib.

"Fars" xəbər agentliyinin məlumatına görə, Sistan-Bəlucistan baş prokuroru Əli Mustafavi Niya məsələ ilə bağlı məlumat verib.

Mustafavi Niya “Terror təşkilatı "Ceyşul Ədl" ilə əlaqə saxlayıb, terror aktı törətməklə dünyada fitnə-fəsad törətməkdə təqsirli bilinən Məhəmmvd Berahuye Encüməni, Məhəmməd Kərim Barkizayi Aksun və İdris Bilerani haqqında hökm həyata keçirilib” deyib.

Prokuror Niya həmin şəxslərin 29 yanvar 2019-cu ildə Zahedan şəhərində polis bölməsinə, 25 iyun 2019-cu ildə isə patrul xidmətində olan hərbi avtomobilə bombalı hücum təşkil etdiyini bildirib.

İranın Pakistan və Əfqanıstan sərhəddində yerləşən Sistan-Bəlucistan əyaləti son illərdə "bölgədə sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini" iddia edən və ölkədə terror təşkilatı kimi qəbul edilən "Ceyşul Ədl" arasında toqquşmalara səhnə olub.

İranda terror təşkilatı sayılan “Ceyşul Ədl” “sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini” iddia edir və ölkənin cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində vaxtaşırı silahlı aksiyalar təşkil edir.



Әlaqәli Xәbәrlәr