Deyr əz-Zorda İranın dəstəklədiyi qruplaşmalara hava hücumu edilib

Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində Suriya ordusunun sıralarında yer alan və İran tərəfindən dəstəklənən qruplaşmalara qarşı hava əməliyyatı keçirilib.

2063520

Yerli mənbələrdən əldə edilən məlumata görə, mənşəyi naməlum döyüş təyyarəsi Deyr əz-Zorun Əlbukamal rayonundakı Siyal kəndi və Meyadin bölgəsində İran tərəfindən dəstəklənən qruplaşmaların yerləşdiyi ərazini bombaladı.
Bildirilib ki, hava hücumu nəticəsində ölən və yaralananlar olub, 3 hərbi maşın yararsız hala düşüb.
Qeyd edək ki, Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər bölgələri isə Əsəd rejimi və İranın dəstəklədiyi qruplaşmaların nəzarətindədir.
İranın dəstəklədiyi qruplaşmalar vaxtaşırı ABŞ-ın Fərat çayının şərq sahilindəki bazalarına raket və PUA-larla hücum edir.

Әlaqәli Xәbәrlәr