ABŞ Mərkəzi Komandanlığı Suriyada hava əməliyyatı keçirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İrana yaxın qruplara hava zərbəsi endirib.

2062463
ABŞ Mərkəzi Komandanlığı Suriyada hava əməliyyatı keçirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İrana yaxın qruplara hava zərbəsi endirib.

CENTCOM-un "X" səhifəsində edilən paylaşımda hava hücumunun İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və ona yaxın qrupların istifadə etdiyi obyektə endirildiyi qeyd edilib:

“Hücumlara görə məsuliyyət daşıyanlara qarşı xalqımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik və öz seçdiyimiz vaxt və yerdə cavab verəcəyik”.

Sözügedən hava hücumunun Suriya və İraqda ABŞ vətəndaşlarına qarşı əvvəllər təşkil edilən hücumlara cavab olduğu bildirilən açıqlamada Suriyanın hansı bölgəsində həyata keçirildiyi və nəticəsi ilə bağlı məlumat paylaşılmayıb.



Әlaqәli Xәbәrlәr