ABŞ qüvvələrinin yerləşdirildiyi daha iki bazaya hücum edilib

Suriyanın Deyr əz-Zor və Haseke şəhərlərində ABŞ qüvvələrinin yerləşdirildiyi daha iki bazaya hücum edilib.

2061845
ABŞ qüvvələrinin yerləşdirildiyi daha iki bazaya hücum edilib

Suriyanın Deyr əz-Zor və Haseke şəhərlərində ABŞ qüvvələrinin yerləşdirildiyi daha iki bazaya hücum edilib.

Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ ordusunun Deyr əz-Zordakı Koniko Qaz Sahəsində və Hasekənin Malikiyye rayonundakı bazalarına qurudan-quruya silahlar və mənşəyi məlum olmayan pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Hücum zamanı baza və ətrafına raketlərin düşdüyü öyrənilərkən, can itkisi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Suriyada son günlər Homsdakı Tenef bölgəsi, Haseke vilayətinin Malikiyye və Şəddadi rayonları və ABŞ ordusunun Deyr əz-Zorda yerləşdirildiyi bazalara  mənşəyi məlum olmayan silahlı pilotsuz uçuş aparatları (SİUA) və qurudan-quruya atılan silahlarla hücumlar həyata keçirilir. 

Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi separatçı terror təşkilatı YPG/PKK-nın, əyalət mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarəti altındadır.

İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına raket və PUA-larla hücum edir.



Әlaqәli Xәbәrlәr