“İsraili Qəzzaya hücumlara ABŞ sürükləyir”, İ.Rəisi

Paytaxt Tehranda İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxışında İ.Rəisi deyib ...

2060968
“İsraili Qəzzaya hücumlara ABŞ sürükləyir”, İ.Rəisi

 

  İran prezidenti İbrahim Rəisi bildirib ki, Amerika Birləşmiş Ştatları blokada altındakı Qəzza zolağına hücumlara İsraili təşviq edir.

  İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, paytaxt Tehranda İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxışında İ.Rəisi deyib: "ABŞ Fələstin xalqına qarşı amansız qətllər törətmək üçün sionist rejimə silah, kəşfiyyat və maliyyə yardımı edir, əslində bu rejimi təşviqlə məşğuldur.

  Rəsmi Vaşinqtonun Qəzzaya yardım və atəşkəs iddiaları həqiqəti əks etdirmir. Bu iddia ABŞ-ın hərəkətləri ilə bir araya sığmır. ABŞ BMT Təhlükəsizlik Şurasının qanun layihəsinə veto qoymaqla sionist rejimin qətllərini davam etdirmək üçün əlini gücləndirib.

  İsrail Qəzzada soyqırım törədir. Dərhal atəşkəs elan edilməli və bölgəyə humanitar yardımlar çatdırılmalıdır.

  Beynəlxalq qurumlar Qəzza xalqına qarşı bir aydır davam edən hücum və embarqolara qarşı öz vəzifə və öhdəliklərini yerinə yetirə bilmirlər.

  Qəzzaya hücumların dayandırılması üçün beynəlxalq aləmdən gələn hər bir təşəbbüsü dəstəkləyirik”.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam hərbi birləşmələri oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” hücumuna keçib. Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki var.



Әlaqәli Xәbәrlәr