İran və İraq başçıları Qəzzanı müzakirə etdilər

İraq hökuməti və xalqının Qəzzaya dəstək iradəsini təqdir etdiyini bildirən Xamenei İslam dünyasının Qəzza xalqının qətlini dayandırmaq üçün ABŞ və İsrailə siyasi təzyiqlərini artırmalı olduğunu vurğulayaraq deyib ...

2061100
İran və İraq başçıları Qəzzanı müzakirə etdilər

 

  İranın dini başçısı Ayətullah Əli Xamenei və İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə Qəzzadakı son vəziyyət və ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.

  İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xamneyi rəsmi səfərlər üçün paytaxt Tehranda olan İraqın baş naziri Sudani və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

  İraq hökuməti və xalqının Qəzzaya dəstək iradəsini təqdir etdiyini bildirən Xamenei İslam dünyasının Qəzza xalqının qətlini dayandırmaq üçün ABŞ və İsrailə siyasi təzyiqlərini artırmalı olduğunu vurğulayaraq deyib: “Bölgənin mühüm ölkəsi olan İraq bu sahədə xüsusi rol oynaya, ərəb dünyası və İslam dünyasında yeni xətt yarada bilər.

  İsrailin Qəzzaya hücumlarının ilk günündən bütün sübutlar ABŞ-ın bu müharibənin idarə olunmasında birbaşa rol oynadığını göstərir. Birləşmiş Ştatların birbaşa rolu bu cinayətlərin daha da artmasına səbəb olub.

  ABŞ-dan hərbi və siyasi yardım almasa, İsrail bu hücumları davam etdirə bilməz.

  Rəsmi amerikalılar Qəzzada törədilən cinayətlərdə sionistlərin ortaqlarıdır.

  Qəzzada bombardmanların dayandırılması üçün ABŞ və İsrailə siyasi təzyiqin artırılması üçün hər tərəfdən səy göstərilməlidir. İran və İraq bir-biri ilə koordinasiyada çalışaraq bu məsələdə rol oynaya və təsir edə bilər”.

  Qeyd edək ki, İsrailin 7 oktyabrdan bu yana Qəzzaya etdiyi hücumlarda can itkisi 10 mini keçib.



Әlaqәli Xәbәrlәr