“Yaxın aylarda Azərbaycanla sülh sazişi imzalayacağıq”, N.Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumundakı çıxışı zamanı deyib ...

2056300
“Yaxın aylarda Azərbaycanla sülh sazişi imzalayacağıq”, N.Paşinyan

 

  “Biz beynəlxalq kommunikasiya xətlərinin çəkilməsinə razıyıq. Çünki sülhə aparan yol sülhlə bağlı görülən işlərin gündəliyindən keçir”, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumundakı çıxışı zamanı deyib. O bildirib: “Ermənistan bütün nəqliyyat və kommunikasiyaların açılmasında maraqlıdır. Əsas olan odur ki, nəqliyyat və kommunikasiyaların qurulması sülh şəraitində, ölkələrin suverenliyi çərçivəsində həyata keçirilsin. Hər bir ölkə öz dövlət qurumları vasitəsilə gömrük və sərhəd-keçid məntəqələrində nəqliyyatın və insanların təhlükəsizliyini də təmin etmiş olur.

  Ermənistanda elə bir qurum yaradılacaq ki, insanların və yüklərin təhlükəsizliyinə şərait yaratsın. Bütün ölkələr qarşılıqlı və bərabərlik prinsipi əsasında bir-birinin infrastrukturundan istifadə etsin.

  Ümid edirəm ki, yaxın aylarda biz Azərbaycanla sülh və münasibətlərin bərqərar olması haqqında saziş imzalayacağıq. Azərbaycan və Ermənistan bir-birinin ərazilərini tanıyıb. Yaxın gələcəkdə Türkiyə ilə sərhədlərin açılmasını da nəzərdən keçiririk. Hətta ümid edirəm ki, artıq diplomatların sərbəst keçidini təmin edə biləcəyik”.

 



Әlaqәli Xәbәrlәr