BMT: Ukraynada Rusiyanın müharibə cinayətləri və insan haqları pozuntuları davam edir

Birləşmiş Millətlər Təşkilatının Ukrayna üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası müəyyən edib ki ...

2054078
BMT: Ukraynada Rusiyanın müharibə cinayətləri və insan haqları pozuntuları davam edir

 

  Birləşmiş Millətlər Təşkilatının Ukrayna üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası müəyyən edib ki, mülki şəxslərə ciddi təsir göstərən müharibə cinayətləri və insan haqları pozuntuları davam edir.

  Komissiyanın BMT Baş Assambleyasına təqdim etdiyi hesabatda Rusiya hakimiyyətinin ayrı-seçkilik etmədən hücumlar həyata keçirməsi, işgəncə və zorlama da daxil olmaqla müharibə cinayətləri törətməsi və uşaqları Rusiyaya deportasiya etməsi ilə bağlı yeni sübutlar üzə çıxıb.

  Hesabatda bildirilir ki, Xerson və Zaporojjya rayonlarında toplanmış yeni sübutlar eyni işgəncə üsullarının Rusiya hökumətinin nəzarəti altında olan bölgələrdə də tətbiq edildiyini göstərir.

  Qeyd olunub ki, araşdırılan işlərdə işgəncələr daha çox Ukrayna hakimiyyətinə məlumat ötürməkdə və ya ordusuna kömək etməkdə şübhəli bilinən adamlara edilib.

  Zərərçəkmişlər və şahidlərlə müsahibələr göstərir ki, Rusiya hökuməti insan ləyaqətinə dərin hörmətsizlik edir və şahidlər qurbanların işgəncədən ölməsi halları barədə məlumat veriblər.

  Xerson və Zaporojjya rayonlarında aparılan son araşdırmalar nəticəsində hesabatda zorlama və işgəncə cinayətlərinin birlikdə törədildiyi üzə çıxıb, həmçinin Rusiya hakimiyyəti tərəfindən kimsəsiz uşaqların Rusiya və işğal etdiyi Ukrayna rayonlarına qanunsuz deportasiyasına dair sübutlar təqdim edilib.



Әlaqәli Xәbәrlәr