“İran artıq BMT TŞ çərçivəsində heç bir məhdudiyyətə tabe deyil", Ə.Bakiri

“X” sosial media platformasındakı paylaşımında məsələ ilə bağlı açıqlama verən Ə.Bakiri deyib ...

2052650
“İran artıq BMT TŞ çərçivəsində heç bir məhdudiyyətə tabe deyil", Ə.Bakiri

 

  İran xarici işlər nazirinin müavini Əli Bakiri Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) ölkəsinə qarşı tətbiq etdiyi ballistik raket embarqosunun 18 oktyabrdan etibarən sona çatdığını bildirib.

  “X” sosial media platformasındakı paylaşımında məsələ ilə bağlı açıqlama verən Ə.Bakiri deyib: "BMT Təhlükəsizlik Şurasının 2231 saylı fərmanı çərçivəsində İrana qarşı tətbiq etdiyi ədalətsiz ballistik raket embarqosu oktyabrın 18-də başa çatır. İran artıq BMT Təhlükəsizlik Şurası çərçivəsində heç bir məhdudiyyətə tabe deyil."

  Qeyd edək ki, İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya arasında İranın nüvə fəaliyyətinə dair danışıqlar 14 iyul 2015-ci ildə əldə olunmuş razılaşma ilə yekunlaşmışdı. 6 gün sonra bu razılaşma BMT TŞ-də səsə qoyulmuş və 2231 saylı fərman olaraq qəbul edilmişdi. Sözügedən fərmana əsasən, İrana ballistik raket fəaliyyətlərinə qarşı bir sıra sanksiyalar tətbiq olunurdu. Sanksiyaların başa çatması İrana ballistik raket fəaliyyətlərində öz inventarını inkişaf etdirmək və yeniləmək imkanı verir.



Әlaqәli Xәbәrlәr