Kiyevdə Aİ xarici işlər nazirlərinin iclası keçirilir

Ukraynanın paytaxtı Kiyevdə Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb.

2044980
Kiyevdə Aİ xarici işlər nazirlərinin iclası keçirilir

Ukraynanın paytaxtı Kiyevdə Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb.

Bu barədə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell "X" də yazıb.

"Mən bu gün Kiyevdə Aİ xarici işlər nazirlərinin Aİ-dən kənarda ilk görüşünü çağırmışam. Ukraynanın gələcəyi Aİ-dədir", - Borrell bildirib.

Qeyri-rəsmi görüş başlamazdan əvvəl Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransı keçirən Borrell nazirlərin Rusiyaya qarşı döyüşən Ukraynaya verilən dəstəklə bağlı son vəziyyəti müzakirə edəcəklərini bildirib.

Borrell vurğulayıb ki, bütün üzv ölkələrin nazirləri Kiyevdə toplaşıb və Ukraynanı dəstəkləmək əzmində olduqlarını nümayiş etdiriblər.

 



Әlaqәli Xәbәrlәr