İran Ərdoğanın Zəngəzur dəhlizilə bağlı çıxışına münasibət bildirdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında deyib ...

2045236
İran Ərdoğanın Zəngəzur dəhlizilə bağlı çıxışına münasibət bildirdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına İran hamıya fayda verəcək və firavanlıq gətirəcək şəkildə nəqliyyat marşrutlarının inkişafında iştirak etdiyini bildirib.

  İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında deyib: “Ötən həftə Naxçıvandan qayıtdıqdan sonra prezident Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi. Biz nəqliyyat marşrutlarının hər kəsə fayda verəcək və firavanlıq gətirəcək şəkildə inkişaf etdirilməsi ilə razıyıq, ancaq geosiyasi dəyişikliklərə qarşıyıq.

  Biz Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik. Qarabağın Azərbaycana qaytarılması ilə bağlı mövqeyimiz aydın idi və biz bunu həmişə dəstəkləmişik. Bununla belə, mübahisələrin sərhədlərin dəyişdirilməsi ilə həllinin əleyhinəyik".

  Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdarkən Zəngəzur dəhlizi ilə bağlı demişdi: "Arzumuz bu yerləri sülh dəhlizinə çevirərək açmaqdır. Hələlik müharibənin hökm sürdüyü dəhliz haqqında düşünmək mümkün deyil. Çünki həm Zəngəzur, həm də Laçın dəhlizlərini sülh dəhlizi hesab edəcəyiksə, heç bir döyüş və səs-küy olmadan bu problemi həll etmək lazımdır. Xüsusilə də nəzərə alsaq ki, bunlar relsli sistemlərdir, Türkiyədən gələn qatar Naxçıvandan, Ermənistandan keçərək Azərbaycana gedəcək. Ermənistan bu yolu açmazsa, hardan keçəcək? - İrandan. İran hazırda buna müsbət baxır və buna görə də İrandan artıq Azərbaycana keçmək imkanı ola biləcək."



Әlaqәli Xәbәrlәr