Putin Paşinyanla Qarabağ məsələsini danışdı

Rusiya Prezident Sarayı Kremldən verilən açıqlamaya görə ...

2040293
Putin Paşinyanla Qarabağ məsələsini danışdı

 

  Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ məsələsini müzakirə edib.

  Rusiya Prezident Sarayı Kremldən verilən açıqlamaya görə, V.Putinin Paşinyanla telefon danışığında Qarabağ ətrafında baş verən son hadisələr müzakirə olunub.

  Məlumatda yazılır: “Azərbaycan və Ermənistan arasında münaqişənin çətin mərhələsinin aradan qaldırıla biləcəyini deyən Putin Rusiya sülhməramlılarının fəal iştirakı ilə əldə olunan razılaşmadan və danışıqların sentyabrın 21-də aparılacağından məmnunluğunu ifadə edib.

  Danışıqların Rusiya sülhməramlı komandanlığının vasitəçiliyi ilə aparılacaq. Çətin şərtlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri üzərinə düşən vəzifələri yerinə yetirməyə və mülki əhaliyə, o cümlədən hərbi həkimlərə kömək etməyə davam edir.

  Görüş zamanı gərginliyin azalacağına və gələcəkdə vəziyyətin sabitləşəcəyinə ümidvarıq”.



Әlaqәli Xәbәrlәr