Suriyada bir həftə ərzində 6 mindən çox insan didərgin düşüb

Suriya ordusu və tərəfdarlarının İdlibə hücumları nəticəsində bir həftə ərzində 6 mindən çox dinc sakin didərgin düşüb.

2034498
Suriyada bir həftə ərzində 6 mindən çox insan didərgin düşüb

Suriya ordusu və tərəfdarlarının İdlibə hücumları nəticəsində bir həftə ərzində 6 mindən çox dinc sakin didərgin düşüb.

İdlibdəki Təyyarə Rəsədxanasından əldə edilən məlumata görə, Suriya ordusu və İranın dəstəklədiyi terrorçu qruplar son bir həftədə İdlibin cənubundakı kəndləri qurudan-quruya silahlarla ən azı 1360 dəfə hədəfə alıb.

Rusiya məxsus döyüş təyyarələri də eyni dövrdə bu bölgələrə 46 dəfə hava zərbələri endirib.

İdlibin cənubundakı Fattira, Keferavid, Kensafra, Beynin, Bara və Belyun kəndləri ilə Hələbin qərb çölündə Kefertal və Sahara kəndləri ən çox hədəf alınan yaşayış məntəqələri arasındadır.

Bölgədə məlumat araşdırmaları aparan Suriya Fövqəladə Hallara Müdaxilə Koordinasiya Ofisinin direktoru Məhamməd Hallac hücumlarda 5 mülki vətəndaşın həyatını itirdiyini, 10 mülki vətəndaşın isə yaralandığını bildirib.

Bir həftədə 6 min 382 mülki vətəndaşın evlərini tərk etdiyini bildirən Hallac "Hücumlarda sağlamlıq mərkəzləri və məktəblər də daxil olmaqla cəmi 22 mülki xidmət mərkəzi hədəf alındı" deyib.

Hücumlar səbəbilə Kensafra, Belyun, Bara və Kefaravid kəndlərindən İdlibin şimal bölgələrinə köç başlayıb.



Әlaqәli Xәbәrlәr