Yunanıstanda daşqın nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb

Daşqın nəticəsində bir çox yol, körpü, xəstəxana və səhiyyə ocaqları da zərər görüb.

2034185
Yunanıstanda daşqın nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb

Yunanıstanda daşqın nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Yunanıstan Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada Kardiçada sel sularında qalan 82 yaşlı bir adamın cansız bədəninin tapıldığı qeyd edilib.

Volos və Maqnisiada daşqın nəticəsində ölənlərin ümumi sayı 3 nəfər olub.

Paytaxt Afinada olanların cib telefonlarına göndərilən mesajda Mülki Müdafiə Birliyinə məcbur olmadıqca yola çıxmamaları istənilib.

Sentyabrın 6-da Afina və ətraflında vaxtaşırı leysan yağışları yağıb, nəqliyyatın hərəkətində problemlər yaşanıb.

Sel nəticəsində yüzlərlə ev və iş yeri su altında qalıb, onlarla avtomobil də eləcə.

Daşqın nəticəsində bir çox yol, körpü, xəstəxana və səhiyyə ocaqları da zərər görüb.

Yunanıstanın Bbaş naziri Kiryakos Mitsotakisin rəhbərliyi ilə Yunanıstan Meteorologiya İdarəsinin müvafiq nazirləri və rəsmilərinin iştirakı ilə keçirilən iclasda meteoroloqlar çərşənbə axşamı ölkəyə yağan leysanın yəqin ki, ölkə tarixində ən güclü leysan olduğunu bildiriblər.



Әlaqәli Xәbәrlәr