Peskov: "Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur”

Peskov Ermənistanın sentyabrın 11-20-də öz ərazisində ABŞ ilə birgə "EAGLE PARTNER-2023" təlimi keçirəcəyini qiymətləndirib.

2033951
Peskov: "Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur”

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukraynaya maliyyə dəstəyini davam etdirəcəyini bildirərək, "Müharibəni son ukraynalı qalanadək heç bir xərcdən imtina etmədən son ukraynalıya qədər davam etdirəcəklər" deyib. 

Peskov ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə səfəri zamanı Ukraynaya yeni yardım elan edə biləcəyi xəbərini dəyərləndirib.

ABŞ-ın Kiyevə lazım olduğu qədər kömək etmək niyyətində olduğunu dəfələrlə eşitdiklərini qeyd edən Peskov deyib:

“Başqa sözlə, onlar (ABŞ) faktiki olaraq müharibə aparan Ukraynanı dəstəkləməyə davam edəcək və müharibəni son ukraynalı qalanadək heç bir xərcdən imtina etmədən davam etdirəcəklər. Bu yardımlar “xüsusi hərbi əməliyyata” təsir etməyəcək.

Peskov Ermənistanın sentyabrın 11-20-də öz ərazisində ABŞ ilə birgə "EAGLE PARTNER-2023" təlimi keçirəcəyini də qiymətləndirib.

"Təbii ki, indiki şəraitdə belə xəbərlər xüsusilə narahatlıq doğurur. Ona görə də biz bu xəbəri dərindən təhlil edib vəziyyəti izləyəcəyik" deyib.

Peskov Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində terror təşkilatı PKK/YPG-nin təzyiqi altındakı ərəb tayfaları ilə təşkilat arasında 27 avqustda başlayan qarşıdurmalardan da danışıraq deyib ki, Rusiya Suriyada hələ tam yerinə yetirilməyən Soçi razılaşmalarına riayət etməkdə davam edir. Eyni zamanda, Rusiya Suriyanın qanuni administrasiyasına ölkədə asayişin bərpasında, terrorçu ünsürlərlə mübarizədə ardıcıl köməklik göstərmək xəttini davam etdirir.



Әlaqәli Xәbәrlәr