Bolqarıstanda daşqınlar nəticəsində 2 nəfər ölüb

Bolqarıstanın cənub-şərqində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 2 nəfər ölüb.

2033896
Bolqarıstanda daşqınlar nəticəsində 2 nəfər ölüb

Bolqarıstanın cənub-şərqində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 2 nəfər ölüb.

Bolqarıstanrı BTA xəbər agentliyinin məlumatına görə, Baş nazir Nikolay Denkov Tsarevo şəhərində baş verən daşqınların insan tələfatına səbəb olduğunu açıqlayıb.

Denkov bölgədəki vətəndaşların təxliyə edildiyini və bunun təhlükəli olduğu səbəbi ilə bölgədə çimməmək barədə xəbərdarlıq edildiyini bildirib.

Sel nəticəsində 2 nəfərin həyatını itirdiyini qeyd edən Denkov 2 qadın və 1 kişinin də itkin düşdüyünü qeyd edib.

Ayrıca seldə itkin düşən üç nəfərin axtarıx işlerinin davam etdiyi bildirilib. 

Bolqarıstan Milli Meteorologiya və Hidrologiya İnstitutu ölkənin 15 regionunda güclü külək və tufanla əlaqədar vətəndaşlara “sarı kod”la xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr