Ukraynanın Moskva və Belqorod vilayətlərinə PUA-larla hücum cəhdlərinin qarşısı alınıb

Ukraynanın Moskva və Belqorod vilayətlərinə təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdlərinin qarşısı alınıb.

2031954
Ukraynanın Moskva və Belqorod vilayətlərinə PUA-larla hücum cəhdlərinin qarşısı alınıb

Ukraynanın Moskva və Belqorod vilayətlərinə təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdlərinin qarşısı alınıb.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Ukraynanın səhər saatlarında Rusiya ərazisindəki obyektlərə PUA-larla hücuma cəhd etdiyi bildirilib.

Açıqlamada hücum cəhdinin qarşısı alındığı qeyd edilərək, “PUA Belqorod vilayətində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib” deyilib.

Moskva meri Sergey Sobyanin də sosial media hesabında Lyubertsı şəhəri yaxınlığında PUA-nın hava hücumundan müdafiə sistemləri ilə Moskvaya doğru uçmaq cəhdinin qarşısı alındığını açıqlayıb.

Sobyanin ilkin məlumatlara görə can itkisi və dağıntı olmadığını, hadisə yerində fövqəladə hallar xidmətinin çalışdığını bildirib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) verdiyi açıqlamada səhər saatlarında mülki uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Moskvanın Vnukovo, Domodedovo və Jukovskiy hava limanlarından uçuşların müvəqqəti məhdudlaşdırıldığı bildirilib.

Açıqlamada bu hava limanlarında məhdudiyyətlərin yerli vaxtla saat 08:30-dan etibarən ləğv edildiyi açıqlanıb.

Ukrayna Baş Qərargahından verilən açıqlamada isə, cəbhə xəttində 25-dən çox toqquşma yaşandığı, Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiya əsgərlərinin cəmləşdiyi bölgələri 14 dəfə, raketdən müdafiəni sistemlərini də 4 dəfə bombaladığı qeyd edilib. 

Açıqlamada Ukrayna raket və artilleriya bölmələrinin Rusiyanın bir artilleriya sistemini və 2 radioelektron döyüş stansiyasını vurduğu barədə məlumat paylaşılıb.

Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Rusiyanın gecə saatlarında 2 “Kalibr” qanadlı raketi ilə Ukrayna ərazisinə hücum etdiyi, 1 raketin məhv edildiyi, digərinin isə Vinnitsadakı özəl müəssisəni vurduğu bildirilib. 

Açıqlamada raket hücumu nəticəsində binalara və şəxsi avtomobillərə ziyan dəydiyi, yaralılara tibbi yardım göstərildiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr