Yunanıstanda hökumət yeni tədbirlər görüb

Yunanıstanda hökumət 11 gündür davam edən yanğınlardan sonra yarana biləcək problemlərlə mübarizə üçün yeni tədbirlər görüb.

2030665
Yunanıstanda hökumət yeni tədbirlər görüb

Yunanıstanda hökumət 11 gündür davam edən yanğınlardan sonra yarana biləcək problemlərlə mübarizə üçün yeni tədbirlər görüb.

Baş nazir Kiryakos Mitsotakisin sədrliyi ilə ətraf mühit, energetika, iqlim böhranı və mülki müdafiə nazirinin iştirakı ilə Meriç və Parnitasda yanan meşələrin bərpasının müzakirəsi üçün iclas keçirilib.

İclasdan sonra verilən açıqlamada problemlərə qarşı mübarizə üçün yeni tədbirlərin görüldüyü bildirilib.

Müvafiq olaraq, yanğından sağ çıxan vəhşi heyvanların qarşıdakı bir neçə ay ərzində xüsusi qidalanacağı, yanğınlardan sonra qarşılaşa biləcək mümkün sel fəlakətləri ilə mübarizə işlərinə başlanacağı və yanğın bölgələrindəki dərələrin təmizlənməsi nəzərdə tutulur. 

Yunanıstan Meteorologiya İdarəsinin Avropa İttifaqının Kopernik Fövqəladə Hallar İdarəsi məlumatlarına əsaslanaraq hazırladığı hesabata görə, Meriç və Aleksandrupoli bölgəsində avqustun 19-dan bəri davam edən yanğınlarda təxminən 808 min hektar ərazi yanıb.

Ərazidə baş verən yanğın böyük miqyasda nəzarət altına alınıb.



Әlaqәli Xәbәrlәr