Rusiya MN: "Ukraynanın PUA ilə hücumunun qarşısı alındı"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) ilə Moskva vilayətinə hücum cəhdinin qarşısı alındığını bildirib.

2027093
Rusiya MN: "Ukraynanın PUA ilə hücumunun qarşısı alındı"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) ilə Moskva vilayətinə hücum cəhdinin qarşısı alındığını bildirib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında “Avqustun 21-də Moskva vaxtı ilə saat 06:50 radələrində Kiyev rejiminin təyyarə tipli PUA ilə terror aktına cəhdinin qarşısı alınıb” deyilib.

Açıqlamada Ukraynaya məxsus PUA-nın Moskva vilayətinin hava məkanında hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkar edildiyi bildirilib.

Açıqlamada elektron döyüş alətləri ilə qarşısı alınan PUA-nın Moskva vilayətində Pokrovskoye qəsəbəsi yaxınlığında idarəetmədən çıxaraq yerə düşdüyü, hadisə zamanı itki olmadığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr