Şirazda törədilən hücuma görə məsuliyyəti DEAŞ terrorçuları öz üzərinə götürüb

DEAŞ terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər. (YENİLƏNİB)

2023935
Şirazda törədilən hücuma görə məsuliyyəti DEAŞ terrorçuları öz üzərinə götürüb

Ötən gün İranın Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücumla əlaqəsi olduğu iddia edilən 4 nəfər saxlanılıb.

“Entekhab” xəbər saytının məlumatına görə, Fars əyalətinin baş prokuroru Kazım Musəvi saxlanılanlarla bağlı məlumat verib.

Musəvi "Dünən gecə baş verən hücumla bağlı 4 şübhəli saxlanılıb. Hücumu həyata keçirən terrorçunun dindirilməsi davam edir" deyib.

İran dövlət televiziyası hücuma görə məsuliyyəti DEAŞ terror təşkilatının üzərinə götürdüyünü bildirib.

Fars valiliyi Şiraz şəhərində baş verən hücumda 4 nəfərin öldüyünü açıqlayıb.

İranın rəsmi xəbər agentliyi İRNA isə bu gün verdiyi xəbərdə ölənlərin sayını 1 nəfər olaraq dəqiqləşdirərkən, 8 nəfərin yaralandığını bildirib.

Xatırladaq ki, 26 oktyabr 2022-ci ildə 3 terrorçunun Şah-Çerağ məqbərəsinə təşkil etdiyi silahlı hücumda 13 nəfər həyatını itirdi.

Terror təşkilatı DEAŞ sosial mediada yayımladığı yazılı açıqlamada hücumun məsuliyyətini üzərinə götürdüyünü açıqlayıb.

Hücumun səbəbkarlarından ikisi iyulun 8-də edam edilib.

 



Әlaqәli Xәbәrlәr