Terror təşkilatı DEAŞ Dəməşqdə törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb

Suriyanın paytaxtı Dəməşqin Seyyid Zeynəb bölgəsində 6 nəfərin ölümü ilə nəticələnən partlayışa görə məsuliyyəti terror təşkilatı DEAŞ öz üzərinə götürüb.

2017594

Terror təşkilatı DEAŞ sosial media hesabından ötən gün axşam saatlarında Seyyidə Zeynəbdə baş verən partlayışın məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.
İranın dəstəklədiyi xarici terror qruplaşmalarının öz mövcudluğunu davam etdirdiyi Dəməşqin Seyyidə Zeynəb bölgəsində ötən gün minalanmış motosikletlə hücum törədilib.
Suriyanın SANA xəbər agentliyinin yaydığı məlumata əsasən, hücum nəticəsində 6 nəfər ölüb, 23 nəfər də yaralanıb.

Әlaqәli Xәbәrlәr