Krım körpüsü nəqliyyat vasitələrinə bağlanıb

Krım körpüsünün "fövqəladə vəziyyət"lə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı açıqlanıb.

2012091
Krım körpüsü nəqliyyat vasitələrinə bağlanıb

Krım körpüsünün "fövqəladə vəziyyət"lə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı açıqlanıb.
Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın sözdə qubernatoru Sergey Aksenov verdiyi yazılı açıqlamada körpüdə təfərrüatları açıqlanmadığı fövqəladə vəziyyətin olduğunu bildirib.

Sözügedən fövqəladə vəziyyət səbəbindən körpünün nəqliyyat vasitələrinin hərəkətinə bağlandığını bildirən Aksenov "Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar işləyir" deyib

Rusiya sosial mediasında yayılan bəzi görüntülərdə körpüdən tüstünün qalxdığı görünür.

Bəzi KİV-lərdə Ukrayna ordusunun gecə saatlarında körpüyə raket hücumu təşkil etdiyi bildirilir.

Xatırladaq ki, 2022-ci ilin noyabrında körpüdə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub.



Әlaqәli Xәbәrlәr