Kreml: "Taxıl sazişi"nin müddəti başa çatıb"

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, "Taxıl sazişi"nin müddəti başa çatıb və sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən kimi Moskva dərhal "Taxıl sazişi"nə qayıdacaq.

2012385
Kreml: "Taxıl sazişi"nin müddəti başa çatıb"

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, "Taxıl sazişi"nin müddəti başa çatıb və sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən kimi Moskva dərhal sazişə qayıdacaq.

Peskov jurnalistlərə verdiyi açıqlamada bu gün müddəti başa çatan Ukrayna və Rusiyadan taxıl çıxışı ilə bağlı tətbiq edilən Qara dəniz taxıl sazişilə bağlı məlumat verib. 

Sazişinin müddətinin iyulun 17-də başa çatdığına diqqət çəkən Peskov "Taxıl dəhlizi müqaviləsi əslində sona çatdı, dayandırıldı. Müvafiq şərtlər tətbiq olunan kimi Rusiya dərhal taxıl sazişinə qayıdacaq. Sazişin Rusiya ilə bağlıhissəsi yerinə yetirilməyib” ifadəsini işlədib.

Sazişin dayandırılmasının Krım körpüsünə hücumla heç bir əlaqəsi olmadığına diqqət çəkən Peskov sazişin şərtləri yerine yetirilmədiyi təqdirdə belə bir qərarın Rusiya prezidenti Vladimir Putin tərəfindən həyata keçiriləcəyinin daha əvvəl elan edildiyini xatırladıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Ria" xəbər agentliyinə verdiyi açıqlamada "Rusiya bu gün Türkiye və Ukrayna tərəflərinə və Birləşmiş Millətlər Təşkilatının baş katibinə razılaşmanın uzadılmasına etirazını rəsmən bildirdi" deyib.



Әlaqәli Xәbәrlәr