V.Putin “Vaqner” böhranından sonra ilk açıqlamasında dedi…

Rusiya prezidenti Vladimir Putin “Vaqner” böhranı sona çatdıqdan sonra verdiyi ilk açıqlamada deyib...

2004181
V.Putin “Vaqner” böhranından sonra ilk açıqlamasında dedi…

 

  Rusiya prezidenti Vladimir Putin “Vaqner” böhranı sona çatdıqdan sonra verdiyi ilk açıqlamada deyib: “Rusiyanın prioriteti Ukraynadakı əməliyyatdır. Ukraynada bütün planlarımız gerçəkləşəcək. Mənim üçün 2022-ci ilin fevralından başlayan Ukrayna müharibəsi mühümdür. Günə onunla başlayıb, onunla bitirirəm.

  Rusiya əmindir ki, Ukraynada xüsusi hərbi əməliyyatlarla bağlı bütün planlar və tapşırıqlar yerinə yetiriləcək”.

  Xatırladaq ki, “Vaqner” özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin iyunun 24-də Rusiya ordusunu onlara hücum etməkdə günahlandırıb və cavab zərbəsi endirməklə hədələyib. Onun döyüşçüləri Ukraynanı tərk edərək sərhədyanı Rostov rayonuna gəliblər. Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) “silahlı iğtişaş” maddəsi ilə cinayət işi açmışdı. V.Putin “Vaqnerin qiyamı”nı “vətənə xəyanət” adlandırıb. Priqojin paytaxt Moskvaya hərəkəti qarşılığında rəsmi Kreml ölkənin bir çox yerində təhlükəsizlik tədbirlərini artırıb. Sonrakı saatlarda Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyadakı gərginliyi azaltmaq təklifini qəbul edib. Priqojin konvoylarını geri çevirərək düşərgələrinə üz tutub.



Әlaqәli Xәbәrlәr