İran Səudiyyə Ərəbistanına təyin etdiyi səfirin adını açıqlayıb

İran xarici işlər nazirinin müavini Əli Rza İnayətini Ər-Riyadın yeni səfiri təyin edib.

1989647
İran Səudiyyə Ərəbistanına təyin etdiyi səfirin adını açıqlayıb

TRT xəbər verir ki bu barədə İran Ədliyyəsinin nəşr orqanı Mizan Xəbər Agentliyi məlumat yayıb. Bildirilir ki İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpasından sonra İnayəti Ər-Riyada səfir təyin edilib. İnayəti əvvəllər İranın Küveytdəki səfiri idi.

Xatırladaq ki, Ər-Riyad və Tehran 7 il fasilədən sonra martın 10-da Çin rəsmilərinin vasitəçiliyi nəticəsində iki ay ərzində diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.

Aprelin 6-da isə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və səudiyyəli həmkarı Feysəl bin Ferhan 6-da Pekində görüşüb və iki ölkənin səfirliklərinin açılması, uçuşların bərpası və qarşılıqlı viza rejiminin asanlaşdırılması barədə razılığa gəliblər.

Abdullahiyan mayın 11-də verdiyi açıqlamada Səudiyyə Ərəbistanının Tehran səfirinin özlərinə təqdim edildiyini, İranın isə qısa müddət ərzində Ər-Riyada təyin olunacaq səfirlə bağlı Səudiyyə Ərəbistanına məlumat çatdıracağını bildirmişdi.

 



Әlaqәli Xәbәrlәr