Suriyada 12 il ərzində öldürülən və itkin düşən jurnalist sayı

Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı Suriyada mülki şəxslərə qarşı hüquq pozuntularını sənədləşdirən hesabat dərc edib

1982282
Suriyada 12 il ərzində öldürülən və itkin düşən jurnalist sayı

 

  Suriyada 12-ci ilini arxada qoyan vətəndaş müharibəsində media qurumlarında çalışan 715 nəfər həlak olub.

  Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı Suriyada mülki şəxslərə qarşı hüquq pozuntularını sənədləşdirən hesabat dərc edib.

  Hesabata görə, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ilin martından bu yana media orqanlarında çalışan 6 qadın və 9 əcnəbi olmaqla ümumilikdə 715 nəfər öldürülüb.

  Bəşər Əsəd hökuməti və İranın dəstəklədiyi xarici terrorçu qruplar sözügedən dövrdə 5-i əcnəbi və 1-i qadın olmaqla, ümumilikdə 553 media işçisini qətlə yetirib. Hakimiyyətə dəstək verən Rusiyanın hava zərbələri nəticəsində isə 24 mətbuat əməkdaşı həyatını itirib.

  Vətəndaş müharibəsi zamanı terror təşkilatı DEAŞ 3-ü əcnəbi, 2-si qadın olmaqla 64 mətbuat işçisini öldürüb.

  PKK/YPG terrorçuları 4 mətbuat mənsubunu, hərbi müxalif və hökumət əleyhdarı silahlı qruplar isə 3-ü qadın olmaqla 34 mətbuat işçisini qətlə yetiriblər.

  DEAŞ-a qarşı beynəlxalq koalisiyanın hücumlarında 1 mətbuat işçisi həyatını itirib, 1-i əcnəbi olmaqla 35 mətbuat işçisi naməlum qruplar tərəfindən öldürülüb.

  Suriyada vətəndaş müharibəsi başlayandan bu yana media sahəsində çalışan 1309 nəfərin saxlanıldığı bildirilən hesabatda 9-u qadın, 17-si əcnəbi olmaqla ümumilikdə 471 mətbuat nümayəndəsindən xəbər yoxdur.



Әlaqәli Xәbәrlәr