Aclıq aksiyası keçirən fələstinli məhbus həyatını itirib

İsrail həbsxanasında 87 gündür aclıq aksiyası keçirən fələstinli məhbus Xıdır Adnanın ölümü bölgədə gərginliyin artmasına səbəb olub.

1981663
Aclıq aksiyası keçirən fələstinli məhbus həyatını itirib
filistinli tutuklu hidir adnan.jpg

Fələstinli məhbusun ölümündən sonra mühasirədə olan Qəzza zolağından İsrail istiqamətinə raketlər atılıb.

Bu barədə İsrail ordusundan məlumat yayılıb. Bildirilir ki, Qəzza zolağından İsrailə 3 raket atılıb. Hava hücumundan müdafiə sistemləri ilə məhv edilməyən raketlər boş əraziyə düşüb. Hadisədən sonra Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrində xəbərdarlıq sirenləri işə salınıb.

Qeyd edək ki, fələstinli məhbus Xıdır Adnan 87 gün əvvəl, mühakimə olunmadan İsrail həbsxanasında tutulmasına etiraz məqsədi aclıq aksiyası keçirməyə başlamışdı.

Fələstin müqavimət qruplarının məlumatına görə Adnan bu gün səhər saatlarında vəfat edib. İnsan haqları təşkilatları Adnanın səhhətinin pisləşdiyi üçün həbsxanadan xəstəxanaya köçürülməməsi halında həyatını itirə biləcəyini açıqlasalar da İsrail məhkəməsi buna biganə qalıb.



Әlaqәli Xәbәrlәr