Zelenski iftarda iştirak edib

Ukrayna prezidenti: "Biz Krıma qayıdandan sonra... "

1971799
Zelenski iftarda iştirak edib

 

  Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Kiyevin Çayki kəndindəki “Birlik” Krım Müsəlmanları Mərkəzindəki iftar proqramında iştirak edib.

  Türkiyənin Ukrayna səfiri Yağmur Ahmet Güldere, Krım Tatar Türkləri Təşkilatının rəhbəri və Ukrayna millət vəkili Mustafa Kırımoğlu, Krım Tatar Milli Məclisinin (KTMM) sədri Rıfat Çubarov, Ukrayna din adamları və müsəlmanların iştirak etdiyi iftar öncəsi Rusiya-Ukrayna müharibəsində həyatını itirən əsgərlər bir dəqiqəlik sükutla yad edilib.

  Ukrayna prezidenti V.Zelenski ölkədə müharibənin davam etdiyini xatırladaraq Ukraynadakı ərazi bütövlüyünün Krımın Rusiya tərəfindən qanunsuz ilhaqı ilə başladığını bildirərək deyib: “Krımın işğaldan azad olmaqdan başqa alternativi yoxdur. Təkcə Ukrayna deyil, bütün dünya üçün Krımın işğaldan azad olunmasından başqa alternativ yoxdur.

  Rusiya Krımda insan haqqlarını pozmaqdadır. Biz Krıma qayıdandan sonra dünyaya sülh gələcək. Çünki işğalçı məhv olacaq”.

  Krım tatar türklərinin lideri və Ukrayna millət vəkili Mustafa Kırımoğlu isə öz növbəsindəki çıxışında əvvəlcə Ukraynada davam edən müharibəyə baxmayaraq, ölkə prezidentinin iftarda iştirakından məmnunluğunu ifadə edib, sonra bildirib: “Rusiyanın Krımı qeyri-qanuni ilhaqına beynəlxalq ictimaiyyətin reaksiyasının artacağını gözləyirik. Düşmən işğalı altında olan Krımı və bütün torpaqlarımızı azad edəcəyimizə inanırıq".



Әlaqәli Xәbәrlәr