Pakistanda qarşıdurma, üç əsgər həyatını itirib

Pakistanın Hayber Paxtunxva əyalətində qarşıdurma baş verib.

1963221
Pakistanda qarşıdurma, üç əsgər həyatını itirib

TRT xəbər verir ki bu barədə Pakistan ordusundan məlumat yayılıb. Bildirilib ki, Dera İsmayıl Xan bölgəsində silahlılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma nəticəsində 3 əsgər həyatını itirib, 3 silahlı zərərsizləşdirilib. Ordu yaraqlıların hansı təşkilata mənsub olduğu barədə məlumat paylaşmayıb. Son aylarda Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.

Rəsmi İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunur. Əfqanıstan isə iddiaları rədd edir. Yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı məscidə hücum nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olub. Martın 6-da isə Bəlucistanda törədilən hücum nəticəsində 10 polis əməkdaşı həyatını itirib.



Әlaqәli Xәbәrlәr