Bu ölkədə Prezident seçkilərinin ikinci turu keçiriləcək

Monteneqroda dünən keççirilən prezidenti seçkisində  namizədlərdən heç biri  seçiləədi.

1961952
Bu ölkədə Prezident seçkilərinin ikinci turu keçiriləcək

Monteneqroda martın 19-da keçirilən prezident seçkilərində namizədlərdən heç biri mütləq səs çoxluğunu əldə edə bilməyib.

Ölkə üzrə seçici fəallığı 63 faizi ötüb, səslərin 99 faizdən çoxu sayılıb.

Ölkənin 8-ci prezidenti olmaq uğrunda yarışan yeddi namizəddən ikisi - səslərin 35 faizini toplayan hazırki Prezident, Monteneqro Sosialistlər Demokratik Partiyasının sədri Milo Cukanoviç və 29 faizdən çox səs yığan Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç seçkinin ikinci turunda mübarizə aparacaqlar.

Qeyd edək ki, səsvermədə ikinci tur aprelin 2-də keçiriləcək.



Әlaqәli Xәbәrlәr