Kıbrıs (Kipr) Rum Administrasiyası narahat oldu
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin TDT-də olması Kıbrıs Rum rəhbərliyini narahat etdi.

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) TDT-də olması Kıbrıs Rum rəhbərliyini narahat etdi.
Cənubi Kıbrıs Rum İdarəsi Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) keçirilən Fövqəladə Zirvə Toplantısında Şimali Kıbrıs Türk Cümhuriyyətinin bayrağının olması ilə əlaqədar narahatlığını Macarıstana çatdıracağı və Budapeştdən izahat istəyəcəyi qeyd edilib.
Rum mətbuatında yer alan xəbərlərdə Kıbrıs Rum Administrasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Teodoros Qotsis KKTC bayrağının toplantıda olmasına görə TDT üzvü və müşahidəçi dövlətlər qarşısında qabaqlayıcı tədbirlər gördüklərini ifadə edib.
Qotsis Avropa İttifaqının (Aİ) üzvü olan Macarıstan rəsmilərinin iştirakı ilə KKTC-nin simvollarının istifadəsinin qəbuledilməz olduğunu, buna görə də qabaqlayıcı tədbirlərlə yanaşı, Cənubi Kıbrısın dərin narahatlığının Budapeştə çatdırıldığını vurğulayıb.
Macarıstandan izahat istəndiyini və məsələnin diplomatik kanallarla həll ediləcəyini bildirən Qotsis Kıbrıs Rum İdarəsinin xarici işlər naziri Konstantinos Kombos tərəfindən Brüsseldə keçiriləcək görüş çərçivəsində məsələnin macar həmkarına çatdırılacağını vurğulayıb.
Digər tərəfdən, KKTC-nin TDT-nin Fövqəladə Zirvə Toplantısında Prezident və xarici eşlər naziri ilə təmsil edilməsi və toplantıda bayrağının olması Kıbrıs Rum Administrasiyasının mətbuatında geniş yer alıb.
Әlaqәli Xәbәrlәr

Yunanıstanın zəlzələ bölgəsinə dəstəyi davam edir
Yunanıstanın zəlzələ bölgəsinə göndərdiyi 250 ton yardım vəsaiti Ədirnə şəhərinə çatıb.
Yaponiya Baş nazirinin Ukrayna səfəri başlayır
Yaponiyanın Baş naziri Fumio Kisida bu gün Ukraynada səfərdə olacaq.