Pakistanda aksiyalar davam edir

Pakistanda keçmiş baş nazir İmran Xanın tərəfdarları ilə polis arasında dünən başlayan qarşıdurmalar bu gün də davam edir.

1959981
Pakistanda aksiyalar davam edir

Əleyhində qaldırılan məhkəmə işi ilə bağlı hakim qarşısına çıxmadığı üçün tutulması tələb edilən keçmiş baş nazir Xanın polis tərəfindən nəzarətə götürülməsi qərarına etiraz məqsədi ilə başladılan aksiyalar gecə boyu davam edib.

Lahorda Polis ilə aksiyaçılar arasında baş verən qarşıdurmalarda indiyədək 33 polis əməkdaşı yaralanıb, çoxlu nümayişçi saxlanılıb.

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Xan “Twitter” hesabında hökumətin əsl niyyətinin onu tutub öldürmək olduğunu iddia edib.

Pəncab polis idarəsinin rəisi Osman Ənvər isə PTI tərəfdarlarını aksiyaların davam etməsi halında daha kəskin tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edib.

Prezident Arif Alvi də İmran Xanın təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib. Xatırladaq ki, Martın 13-də İslamabad Rayon Məhkəməsində Xanın baş nazir olduğu müddətdə xarici dövlət xadimlərinin hədiyyələrini satmaqda və 2022-ci ilin avqustunda qadın hakimi hədələməkdə ittiham olunduğu iki iş üzrə dinləmələr keçirilib. Hər iki dinləmədə iştirak etməyən Xan üçün həbs qərarı verilib.



Әlaqәli Xәbәrlәr