Rusiya 19 ölkənin vətəndaşına viza rahatlığı təmin edir

Viza rahatlığı təmin ediləcək ölkələr arasında Çin və Səudiyyə Ərəbistanı ilə yanaşı Türkiyə də var

1949606
Rusiya 19 ölkənin vətəndaşına viza rahatlığı təmin edir

 

  Rusiya hökuməti Türkiyə də daxil olmaqla 19 ölkənin vətəndaşlarına otel rezervasiyasından asılı olaraq 6 aya qədər viza verəcək.

  Rusiya hökumətinin təsdiq etdiyi qərara əsasən, müəyyən mehmanxana və yerləşdirmə obyektləri bron edən 19 ölkənin vətəndaşlarına viza rejiminin sadələşdirilməsi təmin ediləcək.

  Sözügedən vətəndaşlara 6 aya qədər viza verilməsinə qərar verilib. Viza rahatlığı təmin ediləcək ölkələr arasında Çin və Səudiyyə Ərəbistanı ilə yanaşı Türkiyə də var.



Әlaqәli Xәbәrlәr