Sergey Lavrov İraqın paytaxtı Bağdadda görüşlər keçirir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov səfərdə olduğu İraqda həmkarı Fuad Hüseyn ilə bir araya gəlib.

1942535
Sergey Lavrov İraqın paytaxtı Bağdadda görüşlər keçirir

Lavrov və Hüseyn İraq Xarici İşlər Nazirliyində baş tutan görüşdən sonra birgə mətbuat konfransı keçirib.

İraq Xarici işlər naziri Hüseyn mətbuata açıqlamasında rusiyalı həmkarı ilə fevralın 24-dən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqili cərəyan edən proseslər başda olmaqla ikitərəfli əlaqələri və investisiya imkanlarını müzakirə etdiklərini bildirib.

Ölkəsinin müharibələrdən çox əziyyət çəkdiyinə işarə edən Hüseyn: “Biz Rusiya-Ukrayna müharibəsində atəşkəs çağırışımızı təkrarlayır, bu istiqamətdə atılan addımları dəstəkləyir və bu beynəlxalq böhranın sülhpərvər yollarla aradan qaldırılmasını arzulayırıq”.

Rusiya şirkətlərinin İraqda neft-qaz yatağına sərmayə qoyduğuna diqqət çəkən İbrahim Çərşənbə günü yüksək səviyyəli nümayəndə heyəti ilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) reallaşdıracağı səfər çərçivəsində baş tutacaq danışıqlarda Rusiyaya qarşı sanksiyalar məsələsini gündəmə daxil edəcəklərini ifadə edərək qeyd edib ki, İraq bu sanksiyalara daxil edilməməlidir. Çünkü İraq ilə Rusiya arasında əməkdaşlıq davam edir və ölkəmizdə fəal olan Rus şirkətlər var”.

Rusiya Xarici işlər naziri Lavrov da İraq və Rusiya arasında əlaqələr və investisiya imkanlarını müzakirə etdiklərini, iki ölkə arasında ortaq iş qrupunun yaxın vaxtlarda Bağdadda görüş keçirəcəyini ifadə edərək: “İraqlı həmkarım ilə Körfəz bölgəsində cərəyan edən prosesləri qiymətləndirdik. İraqla regional hadisələr və Fələstin məsələsi ilə bağlı danışıqlarımızı davam etdirəcəyik”.

Rusiya Xarici işlər naziri İraqdakı təmasları çərçivəsində prezident Əbdüllətif Rəşid, baş nazir Məhəmməd Şiya əl-Sudani və digər rəsmilərlə də görüşəcək.



Әlaqәli Xәbәrlәr