Rusiya ordusu Ukraynanın bəzi bölgələrinə hava zərbələri endirib

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiya döyüş təyyarələrinin ölkəsinə 30-dan çox raket zərbəsi endirdiyini bildirib.

1938270
Rusiya ordusu Ukraynanın bəzi bölgələrinə hava zərbələri endirib

Rusiyanın Ukraynanın bəzi bölgələrinə hava zərbələri endirdiyi bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiya döyüş təyyarələrinin ölkəsinə 30-dan çox raket zərbəsi endirdiyini açıqlayıb.

İqnat qeyd edib ki, Rusiyanın Murmansk vilayətindən 6-ya yaxın "Tu-95" döyüş təyyarəsi havaya qalxaraq ölkəsinə raket zərbələri endirib.

Kiyev meri Vitali Kliçko "Telegram"da verdiyi açıqlamada paytaxtda partlayış səslərinin eşidildiyini bildirib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun atdığı ilk raketlərin havada vurulduğunu bildirib.

Digər tərəfdən, Rusiya ilə fevralın 24-də başlayan müharibədə ən ağır qarşıdurmaların yaşandığı yer kimi tanınan Ukraynanın Bahmut şəhərində qalan mülki vətəndaşlar şiddətli hücumlar altında evakuasiya edilir.

Donetsk vilayətinin Bahmut şəhəri şiddətli toqquşmalar nəticəsində xarabalığa çevrildikdə, burada qalan dinc sakinlər güllələr altında sağ qalmaq üçün mübarizə aparır.

Rusiya qüvvələrinin mühasirəyə almağa çalışdığı Bahmuta gedən yollar da güclü bombardman altındadır.



Әlaqәli Xәbәrlәr