İsveçrə Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə qoşulub

İsveçrə Rusiyaya qarşı daha əvvəl Avropa İttifaqı tərəfindən təsdiq edilmiş doqquzuncu paketində yer alan sanksiyalara qoşulub.

1938063
İsveçrə Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə qoşulub

Bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.

“Federal Şura sanksiyaların 9-cu raundu çərçivəsində bu yaxınlarda Avropa İttifaqının sanksiyalarına qoşularaq Rusiyaya qarşı yeni tədbirləri təsdiqləyib”-deyə, məlumatda vurğulanıb.

Aİ-nin 16 dekabr 2022-ci il tarixində təsdiq etdiyi 9-cu sanksiyalar paketində Rusiyanın mədənçilik və energetika sahələrinə qarşı məhdudiyyətlər nəzərdə tutulub. Bununla yanaşı, Avropa İttifaqı kosmik sənaye məhsullarının, pilotsuz uçuş aparatlarının və onlar üçün mühərriklərin Rusiyaya ixracına qadağa qoyulub.

Olanların Avropa ərazisindəki aktivləri dondurulub. Fiziki şəxslərin isə Aİ-yə səfərləri qadağan edilib. Siyahıya məmurlar, Dövlət Dumasının 40 deputatı, Federasiya Şurasının 44 üzvü, 5 Rusiya partiyası, Konstitusiya Məhkəməsinin 20 üzvü, hüquq-mühafizə orqanlarının nümayəndələri, KİV nümayəndələri daxil edilib. Rusiyanın üç bankına və “NTV”, “NTV Mir”, “Rossiya 1”, “REN TV” və “Birinci Kanal” telekanallarına qarşı sanksiyalar da uzadılıb.



Әlaqәli Xәbәrlәr