"Qazprom"un Ukrayna üzərindən Avropaya təbii qaz nəqli 23 faiz azalacaq

Rusiyanın enerji şirkəti "Qazprom"un Ukrayna üzərindən Avropaya təbii qaz nəqli bu gün yanvarın 18-i ilə müqayisədə 23 faiz azalaraq 25,1 milyon kubmetr səviyyəsində olacaq.

1935185

“Qazprom”un Rusiya mətbuatına verdiyi açıqlamada şirkətin Sohranivka paylama məntəqəsindən qaz nəqli tələbinin Ukrayna tərəfindən rədd edildiyi qeyd edilib.

Suca məntəqəsindən daşımaların davam etdiriləcəyi bildirilən açıqlamada sözügedən məntəqədən daşınma həcminin bu gün 25,1 milyon kubmetr səviyyəsində olacağı bildirilib.

Qeyd edək ki, yanvarın 18-də Ukrayna üzərindən Avropaya 32,6 milyon kubmetr təbii qaz göndərən "Qazprom"un neft nəqliyyatı bununla da yanvarın 18-i ilə müqayisədə 23 faiz az olacaq.

May ayında Ukrayna Rusiyadan Avropaya gedən təbii qazın üçdə birinin keçdiyi Sohranivka paylama məntəqəsində nəqli başa çatdırıb.

“Qazprom”un Qərbi və Mərkəzi Avropaya təbii qaz nəqli “Şimal axını” və Yamal-Avropa boru kəmərləri ilə dayandırılıb.

Şirkətin sözügedən bölgələrə netf daşınması yalnız Ukrayna üzərindən davam edir.

Әlaqәli Xәbәrlәr