Rusiyanın hərbi hava bazasına hücum olub, 3 hərbçi ölüb, 4-ü yaralanıb

Rusiya Müdafiə Nazirliyi Saratov şəhərindəki Engels hərbi hava bazasına pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 3 hərbçinin həlak olduğunu açıqlayıb.

1923728

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynaya məxsus PUA-nın Rusiyanın Saratov şəhərindəki Engels hərbi hava bazasını hədəf aldığı bildirilib.

Açıqlamada aşağı hündürlükdə uçan PUA-nın yerli vaxtla saat 01:35-də hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd olunub.

PUA-nın hissələrinin bazaya düşməsi nəticəsində 3 nəfərin həlak olduğu bildirilib. Ukrayna hücumla bağlı açıqlama verməyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dekabrın 5-də Engels hərbi bazası və Dyagilevo hərbi bazasına PUA-ların hücumu nəticəsində 3 əsgərin şəhid olduğunu, 2 təyyarənin zədələndiyini açıqlayıb.

Rusiya Ukraynanın müxtəlif nöqtələrinə uzaqmənzilli raketlər atmaq üçün Engels hərbi hava bazasından istifadə edir.

Әlaqәli Xәbәrlәr