Terror təşkilatı DEAŞ İraqda dinc sakinləri hədəf aldı

Terror təşkilatı DEAŞ İraqın Diyala vilayətində dinc sakinlərə hücum edib, nəticədə  7 mülki vətəndaş həyatını itirib, 6-sı yaralanıb.

1920961
Terror təşkilatı DEAŞ İraqda dinc sakinləri hədəf aldı

Terror təşkilatı DEAŞ İraqın Diyala vilayətində dinc sakinlərə hücum edib, nəticədə  7 mülki vətəndaş həyatını itirib, 6-sı yaralanıb.
Məlumata görə, DEAŞ terrorçuları İraqın Diyala şəhərində mülki avtomobilləri hədəfə alıb.
7 nəfərin həyatını itirdiyi, 6 nəfərin yaralandığı hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başladılıb.
DEAŞ terrorçuları bazar günü də  Kərkükün Ər-Riyad məhəlləsi yaxınlığında təhlükəsizlik qüvvələrinə bombalı hücum edib, nəticədə  9 polis həyatını itirib.
Son zamanlar Diyala, Kərkük və Tuzhurmatu bölgələrində hücumlarını intensivləşdirən terror təşkilatı DEAŞ-a qarşı əməliyyatlar davam edir.



Әlaqәli Xәbәrlәr