Erməni general-mayor həbs edildi

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”də yazılana görə...

1921366
Erməni general-mayor həbs edildi

 

  Ermənistanda Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinin keçmiş rəisi və Baş Qərargah rəisinin müavini general-mayor Arayik Arutyunyan cəbhə xəttində vəzifəsinə etinasızlıq göstərməkdə ittiham olunaraq həbs edilib.

  Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”də yazılana görə, həbsi Ermənistan Prokurorluğu rəsmiləri də təsdiqləyib.

  General-mayor A.Arutyunyana dekabrın 13-də 2-ci korpusun komandanlığı zamanı 2021-ci ilin mayında Qeqarkunik rayonunun Kut və Verin Şorca kəndləri yaxınlığındakı bölgədə erməni və azərbaycanlı əsgərlər arasında baş vermiş toqquşma ilə bağlı “vəzifə səhlənkarlığı” maddəsi ilə ittiham irəli sürülüb.

  Dekabrın 14-də həbs edilən Arutyunyan barəsində qəti həbs qərarı çıxarılıb.

  Qeyd edək ki, Arayik Arutyunyan korpus komandiri olduqdan bir neçə ay sonra Baş Qərargah Kəşfiyyatı rəisi və Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilmişdi.



Әlaqәli Xәbәrlәr